RU

Rusiya Kiyevə kütləvi zərbələr endirib

Gecə ərzində Rusiya ordusu Ukraynanın paytaxtında bir neçə hərbi obyektə PUA və raketlərlə hücum edib.

Ucnoqta.az xəbər verir ki, Kiyevdə güclü partlayışlar və yanğınlar baş verib. İlkin məlumata görə, Kiyevin cənub-qərbindəki Solomenski rayonundakı Julyanı aerodromuna ciddi ziyan dəyib. Məhz onun ərazisində bir neçə buraxılış qurğusu və Patriot zenit-raket kompleksinin digər elementləri yerləşirdi. 

Paytaxt Kiyevin müxtəlif bölgələrindəki bir neçə silah anbarına da ziyan dəyib. Raketin düşdüyü yerlərdə yanğınlar və qalın qara tüstü sütunları görünür.

Избранный
32
1
ucnoqta.az

2Источники