Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının 2025/2026 mövsümünün birincitəsnifat mərhələsinin püşkü atılacaq.
Trend xəbər verirki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahındabaş tutacaq tədbirdə Azərbaycan Kubokunun son qalibi “Sabah”klubunun da rəqibi bəlli olacaq.
Təmsilçimiz püşkatmaya “səpələnməmişlər” səbətindən qatılacaq.Bu isə o deməkdir ki, “Sabah” daha reytinqli komandaların yeraldığı “səpələnmişlər” səbətindəki 8 klubdan biri ilə üz-üzəgələcək.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları 10 və 17iyul tarixlərində keçiriləcək.
Yarışın final qarşılaşması isə 2026-cı il mayın 20-də İstanbulun“Beşiktaş Park” stadionunda baş tutacaq.
"Sabah"ın potensial rəqibləri:
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Legiya" (Polşa)
"Partizan" (Serbiya)
"Şerif" (Moldova)
ÇFR (Rumıniya)
"Hapoel Beer Şeva" (İsrail)
"Çelye" (Sloveniya)
"Spartak" (Trnava, Slovakiya)