RU

Messinin dostu olan əfsanə Ronaldonu ələ saldı

ain.az bildirir, Olke.az portalına istinadən.

Argentina millisinin keçmiş hücumçusu Serxio Aqueronun portuqaliyalı ulduz Kriştiano Ronaldoya etdiyi zarafat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronalduo klublararası dünya çempionatında iştirak etmədiyi üçün Aqueronun istehzalı sözlərinə tuş gəlib.

O, turnirin açılış matçı olan “Əl-Əhli” – “İnter Mayami” (0:0) oyununu stadiondan izləyib. Stadionda Aquero məşhur yayımçı və Ronaldonun azarkeşi olan “IShowSpeed” ilə qarşılaşıb və birbaşa yayımda portuqaliyalıya sataşmaq fürsətini qaçırmayıb.

“Ronaldo fanatısan, düzdür?” — deyə soruşan Serxio müsbət cavab alandan sonra əlavə edib: “Mən ona hörmətlə yanaşıram, problem yoxdur. O, yaxşı oyunçudur, amma mən təbii ki, Messini üstün tuturam. Bəs Ronaldo bu klub mundialında oynayır? Yoxsa sadəcə televizordan izləyir?”

“IShowSpeed” cavab olaraq bildirib ki, Ronaldp dünya çempionatında oynayacaq və onu qazanacaq. Aquero isə zarafatla: “Bəli, o, indi Avropada çempion oldu, elə deyilmi? Ah, yox, bu Millətlər Liqası idi… təbrik edirəm”, — deyə istehzalı şəkildə cavab verib.

Qeyd edək ki, “İnter”in heyətində onun yaxın dostu Lionel Messi çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
5
olke.az

6Источники