Argentina millisinin keçmiş hücumçusu Serxio Aqueronun portuqaliyalı ulduz Kriştiano Ronaldoya etdiyi zarafat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronalduo klublararası dünya çempionatında iştirak etmədiyi üçün Aqueronun istehzalı sözlərinə tuş gəlib.
O, turnirin açılış matçı olan “Əl-Əhli” – “İnter Mayami” (0:0) oyununu stadiondan izləyib. Stadionda Aquero məşhur yayımçı və Ronaldonun azarkeşi olan “IShowSpeed” ilə qarşılaşıb və birbaşa yayımda portuqaliyalıya sataşmaq fürsətini qaçırmayıb.
“Ronaldo fanatısan, düzdür?” — deyə soruşan Serxio müsbət cavab alandan sonra əlavə edib: “Mən ona hörmətlə yanaşıram, problem yoxdur. O, yaxşı oyunçudur, amma mən təbii ki, Messini üstün tuturam. Bəs Ronaldo bu klub mundialında oynayır? Yoxsa sadəcə televizordan izləyir?”