RU

FETÖ liderinin əmisi oğlu həbs edildi

BAKI, 17 iyun. TELEQRAF

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin əmisi oğlu Kemalettin Gülən sosial şəbəkədə Mustafa Kamal Atatürkü və Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün həbs edilib.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, K.Gülənin sosial şəbəkə hesabında Türkiyə liderlərini təhqir edən yazılar yazdığı müəyyən edilib.

Prokurorluq şübhəli şəxs barəsində “Atatürkə qarşı törədilmiş cinayətlər haqqında qanun” və “prezidenti təhqir etmək” maddələri ilə cinayət işi açıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Gülən saxlanılıb.

Избранный
28
teleqraf.com

1Источники