RU

“Neftçi” çempion oldu - MÜKAFATLANDIRILDI

AFFA U-17 Liqasında 2024/2025-ci illər mövsümünün qalibləri mükafatlandırılıb.

Apasport.az xəbər ki, "Neftçi" çempion tituluna sahib olub.

45-ci turun axırıncı oyunlarında “Neftçi” “Turan Tovuz”u 6:0, “Qarabağ” isə “Səbail”i 8:0 hesabı ilə məğlub edib. Bununla da “Neftçi” 109 xalla mövsümü çempion, “Qarabağ” isə 108 xalla ikinci pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Zirə” bürünc, 2-ci pillənin sahibi “Qarabağ” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Son turda het-trikə imza ataraq ümumi qol sayını 61-ə çatdıran “Qarabağ”ın futbolçusu Əli İbrahim ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin rəyinə əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın digər üzvü Əli Qazibəyov seçilib.

Mükafatlandırma mərasimində AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev iştirak ediblər.

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib

"Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ

Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”

Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

Избранный
16
5
apasport.az

10Источники