RU

“Tehranı vuran təyyarələr Azərbaycandan qalxır” SEPAH ın ölkəmizə qarşı böhtanı və təxribatı FOTOFAKT KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan Telegram kanallarından biri – “سپاه اخبار” adlı səhifə Azərbaycan əleyhinə növbəti dəfə dezinformasiya xarakterli paylaşım yayıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Paylaşımda Qəzvin bölgəsində yaşayan şəxslərə istinad edilərək, guya Azərbaycandan İrana döyüş təyyarələrinin gəldiyi, Qəzvinin Alamut bölgəsi üzərində səs eşidildiyi və bir neçə dəqiqə sonra Tehrana bomba düşdüyü iddia olunur.

Sözügedən paylaşımda bu saxta iddia belə formalaşdırılıb:

“Qəzvində yaşayan tamaşaçılar deyirlər ki, Azərbaycandan İrana döyüş təyyarələri gəlir, ona görə ki, hər dəfə Qəzvinin Alamut şəhərindən keçən döyüş təyyarəsinin dəhşətli səsi gəlir, on dəqiqə sonra Tehrana bomba düşür.”

Qeyd edək ki, bu iddiaların heç bir real və faktiki əsası yoxdur. Azərbaycan hərbi və diplomatik baxımdan qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi əsasında fəaliyyət göstərir və regionda sabitliyə sadiq qaldığını dəfələrlə bəyan edib.

Bu kimi dezinformasiyalar İran rejiminin, xüsusilə SEPAH-ın öz daxili zəifliklərini, İsrailin hava hücumları qarşısında acizliyini gizlətmək üçün xarici “günahkarlar” axtarma siyasətinin bariz nümunəsidir.

Xatırladaq ki, SEPAH komandanı olmuş Hüseyn Səlami də sağlığında Azərbaycan əleyhinə böhtan və təhdidlərlə çıxış edən simalardan biri idi. O, 3 gün öncə İsrailin hava zərbəsi nəticəsində həlak olsa da, görünən odur ki, SEPAH-ın içindəki anti-Azərbaycan xisləti və böhtançı ruhu hələ də yaşayır.

Bu cür təbliğat mesajları həm İranın daxili auditoriyasını manipulyasiya etmək, həm də Cənubi Azərbaycandakı soydaşlarımızın şüuruna təsir göstərmək məqsədi daşıyır. Hədəf sadədir – Azərbaycanı “düşmən” obrazında təqdim etmək və İranda baş verən böhranlı durumun səbəbini xaricdə axtarmaq.

Azərbaycan cəmiyyəti və media qurumları bu kimi təxribat xarakterli informasiyalara qarşı ayıq olmalı, rəsmi və təsdiqlənmiş mənbələrə istinad etməlidir. Belə saxta məlumatlar təkcə informasiya savaşı deyil, həm də ideoloji təxribatın tərkib hissəsidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
50
konkret.az

10Источники