AZ

“Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”...” – Sübhani

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin pilotsuz təyyarələrinin guya Naxçıvan və Qarabağ ərazisindən İrana hücum etməsi barədə iddialara cavab verib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Sübhani erməni jurnalistlərin bu yöndən sorğusunu cavablandırıb.

“Məndə belə bir məlumat yoxdur”, – o bildirib.

Qeyd edək ki, iranlı politoloq, SEPAH-ın göstərişlərini icra edən Salar Seyfəddin guya Təbrizi vuran (həm də məhz Təbrizi – red.) PUA-ların Naxçıvan və Qarabağdan qalxdığı haqda cəfəngiyyat səsləndirib və təbii ki, erməni mediası da bunu həvəslə tirajlayıb.

Xatırladaq ki, İranı vuran İsrail PUA-larının İranda istehsal edildiyi, yığıldığı, daşındığını İran kəşfiyyatı təsdiqləyib və İsrail casuslarını 4 gündür həbs etməklə məşğuldur.


Telegram kanalımız
Seçilən
19
8
yenisabah.az

10Mənbələr