RU

Rusiya vətəndaşları İran hava məkanı bağlı olanda Astara sərhədindən quru yolu ilə Azərbaycan vasitəsilə çıxa bilərlər

Bakı. Trend:

İranın hava məkanının bağlanması səbəbindən Rusiya vətəndaşlarıAstara sərhəd-keçid məntəqəsi ilə Azərbaycan ərazisindən quru yoluilə ölkəni tərk edə bilərlər.

Bu barədə TrendRusiya Xarici İşlər Nazirliyinin Teleqram kanalına istinadənməlumat yayıb.

Həmçinin, İsraili tərk etmək üçün qonşu ölkələr kimi Misir(“Menahem Begin”/Taba sərhəd keçidi) və İordaniya (“Şeyx Hüseyn”sərhəd keçidi) qeyd olunur.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda qüvvədə olan karantinrejimi ilə əlaqədar İranla sərhədin müvəqqəti bağlı olduğunu dadiqqətə çatdırıb.

Rusiya diplomatları həmçinin İsrail və İrandakı vətəndaşlarınaöz təhlükəsizlikləri üçün hərbi və dövlət obyektlərinəyaxınlaşmamağı tövsiyə edirlər.

Xatırladaq ki, iyunun 13-də səhər İsrail İrana hərbi havazərbələri endirib. Nəticədə İran Silahlı Qüvvələrinin yüksəkrütbəli komandanları və çoxlu sayda hərbçi həlak olub. Eyni günİran İsrailə qarşı 150-dən çox ballistik raket və 100-dən çoxpilotsuz uçuş aparatları ilə cavab zərbələri endirib, bu isə mülkiəhalinin itkilərinə və geniş dağıntılara səbəb olub.

Избранный
38
az.trend.az

1Источники