RU

İran raketini hədəf alan İsrailin “Dəmir günbəz”i atdığı raketlərlə özünü vurdu...


İranda 20 yüksək rütbəli hərbçiləri və 12 nüvə alimini öldürən İsrailin “Dəmir günbəz”ində İranın cavab hücumları zamanı nasazlıq yaranıb.

Bildirilir ki, İran dünən gecə İsrailin cənubundakı Nevatim hava bazası yaxınlığında ballistik raket hücumu həyata keçirib. İsrailin hava hücumundan müdafiə sistemləri İranın hücumuna cavab verib.

Lakin İsrailin hava hücumundan müdafiə batareyalarından birində yaranan nasazlıq nəticəsində atılan raketlərdən biri havada parçalanıb, raketin daşıdığı döyüş başlığı isə atıldığı hava hücumundan müdafiə sistemi batareyasının yanına düşüb.

İsrail ordusu hadisədə itkilərlə bağlı açıqlama verməyib.

TAHİR

Избранный
44
50
baki-xeber.com

10Источники