RU

Leonid Aqutin Anjelika Varumdan boşanması ilə bağlı video çəkib...

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

...56 yaşlı müğənni Leonid Aqutin Anjelika Varumdan boşanması ilə bağlı video çəkib. Sənətçi çəkilişdən olan görüntüləri sosial şəbəkədə nümayiş etdirib. Ulduz cütlüyün boşanması sosial şəbəkələrdə dəfələrlə müzakirə olunub. Cütlük dəfələrlə ayrılıq şayiələrini təkzib etsə də, bu dəfə video çəkərək boşanmanı "oynamağa" qərar veriblər.

SİA-nın əldə etdiyi məlumata görə, videoda ulduz cütlüyün boşanma məhkəməsində iştirak etdiyi görünür.

...Aqutin və Varumu vəkillər müşayiət edir.

...Leonid Aqutin və Anjelika Varumun boşanması ilə bağlı məhkəmə iclası zamanı ulduz müdafiəçilər Leonid Yarmolnik və Kristina Babushkina, eləcə də orada olan tamaşaçılar özlərini saxlaya bilməyib rəqs etməyə başlayıblar, -deyə sənətçi yazıb.

Klipin çəkilişlərində Aleksandr Robak, Andrey Merzlikin və Olqa Medyniç də iştirak ediblər.

Bundan əvvəl Leonid Aqutin Anjelika Varuma ad günündə “Səhv etdim” ifadəsi ilə müraciət etmişdi.

Şayiələrə görə, sənətçi həyat yoldaşını aldadırmış..?

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
sia.az

2Источники