RU

"Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" - Nail Kəmərli nələrlə üzləşdiyindən danışdı

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı bloqer Nail Kəmərli olub.

Paralel.az xəbər verir ki, verilişdə narkotik istifadəçilərini gənclərə örnək olsun deyə çəkdiyini söyləyən Nail Kəmərli bu işdə əsas məqsədinin "bariqa"ların qazandığı pulları azaltmaq olduğunu deyib.

"Əvvəllər narkotik vasitələrin tərkibində psixotrop maddələr yox idi. Onların təsirindən çıxmaq rahat olurdu. Bu gün satılanlar isə insanı tamam dəyişir, zombiyə çevirir", - deyə o bildirib.

Proqramda bloqer müsahiblərinin çəkilişdən öncə narkotik qəbul etdiklərini söyləyib:


"Əgər onlar bunu etməsələr, aqressiv olurlar. Yalnız narkotik istifadə etdikdən sonra rahat danışa bilirlər".

Ətraflı süjetdə:

Избранный
19
9
paralel.az

10Источники