RU

"Arsenal" Uotkinsin agenti ilə əlaqə saxlayıb

“Arsenal” klubu mərkəz hücumçusu axtarışlarını davam etdirir.

90deqiqe.Az-ın "Record"a istinadən yaydığı məlumata görə, “kanonirlər”in nümayəndələri son günlərdə “Aston Villa”nın forvardı Ollie Uotkinsin agenti ilə görüş keçiriblər.

Komandanın əsas transfer hədəflərindən biri olan “Sporting”in hücumçusu Viktor Qyokeresin yüksək qiyməti səbəbindən alternativ variantlar nəzərdən keçirilir.

Bu baxımdan, Uotkins 40 milyon avroluq dəyəri ilə daha əlçatan və potensiallı seçim kimi qiymətləndirilir.

“Aston Villa” maliyyə baxımından satışa açıqdır və futbolçunun transferinə müsbət yanaşmağa hazırdır. 29 yaşlı ingiltərəli forvard geridə qalan mövsümdə bütün turnirlər daxil olmaqla 54 oyunda iştirak edib, 17 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
26
90deqiqe.az

1Источники