RU

Qazaxda naməlum şəxslər evə basın edərək 3 nəfərə xəsarət yetirib

Qazaxda kiçik toy məclisi təşkil edən ailənin yaşadığı evə girən maskalı şəxs (və ya şəxslər) 3 nəfərə xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazaxbəyli kəndində qeydə alınıb.

Maskalı şəxs və ya şəxslər evə axşam saatlarında evə daxil olub və ev sahibi, 1979-cu il təvəllüdlü Allahverdiyev Emin Yusif oğludan kiçik toy məclisindən yığılan pulları almağa çalışıblar. Bu zaman ev sahibini bıçaqlayıblar, həyat yoldaşına və övladına xəsarət yetiriblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
34
20
report.az

10Источники