RU

Sərhədlər açılmasa, Premyer Liqa klubu nazirliyə məktub ünvanlayacaq

Yeni mövsümə yeni baş məşqçi ilə start verəcək “Kəpəz”in yay hazırlıq planına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, təlim-məşq toplanışı Adil Şükürovun istəyinə uyğun olaraq iyunun 1-də başlayacaq.

Gəncədə keçiriləcək məşqlər əsasən fiziki hazırlığın yoxlanmasına və qaydasına salınmasına hesablanacaq. Bu proses təxminən iki həftə vaxt aparacaq.

Qərb təmsilçisi iyulun ikinci yarısında əsas gücü yoldaşlıq görüşlərinə verəcək. 15 iyul-5 avqust tarixləri arasında 4-5 sınaq matçının keçirilməsi planlaşdırılır.

Hansı komandalarla?

Klub rəsmiləri iyulun 1-də hərəkətə başlayacağı ehtimal olunan Bakı-Tbilisi qatar xəttini gözləyir. Bu, baş versə, “Kəpəz” yoldaşlıq görüşləri üçün Gürcüstana sərnişindaşıma qatarı ilə gedib-qayıdacaq.

Qatar xətti istifadəyə verilməsə, klub qonşu ölkəyə gedib-qayıtmaqla bağlı Gənclər və İdman Nazirliyinə məktub ünvanlayacaq. Ki, quru sərhədləri bağlı olduğundan, xüsusi orqanlardan idman proqramı ilə bağlı icazə almaq mümkün olsun.

Ehtiyat plan kimi təlim-məşq toplanışı üçün ölkəmizə təşrif buyuracağı gözlənilən İraq və Küveyt klubları ilə oyunların keçirilməsidir.

HƏBİB

Избранный
39
sportinfo.az

1Источники