RU

YOLUNU AZANLARIN DƏRSİNİ AZƏRBAYCAN ÖZÜ VERİR Qəvami Sadıqbəyli yazır

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

İsrail-İran savaşı fonunda ortaya çıxan  qarşıdurma Azərbaycan üçün ciddi çağırışlar yaradır. 

Çünki:

- Azərbaycanın Israillə  hərbi-siyasi, həmçinin iqtisadi münasibətləri mövcuddur.

- Digər tərəfdən İran əhalisinin 40% -dən çoxu  azərbaycanlılardan ibarətdir.

- Azərbaycan işğal altında olan  zaman   Qarabağın azad edilməsi uğrunda müharibədə İsrail tərəfindən dəstəklənib.

- Azərbaycan dini inanc  baxımından şiə çoxluğuna malik olan 4 ölkədən biri olmasına baxmayaraq, Israillə normal münasibətlər saxlayır. 

- İsrail-İran müharibəsi fonunda yaranmış indiki  şəraitdə Iranın Cənubi Azərbaycan bölgəsinin İsrail tərəfindən bombalanması ; Azərbaycan cəmiyyətində bu münasibətlərlə bağlı qütbləşmə yaradır. 

- Çoxmillətli Iranda  separatçı tendensiyalar  önə çıxa bilər.

- Iran-Fars rejiminin İDEOLOJİ ALƏT KİMİ  yürütdüyü  "MƏZHƏBÇİLİK"   siyasəti ; İRANIN  ərəb ölkələrindən dəstək almamasına səbəb olur.

- İran-Fars rejimi əhalinin etiraza qalxa biləcəyindən ehtiyat etməyə başlayıb.

Artıq İranın xüsusi təhlükəsizlik idarəsi "ETTELAT" bununla bağlı hərəkətə keçib.

Qısa müddətdə 20 nəfərə yaxın şəxsi həbs edən İran kəşfiyyat qurumu, onları İsrailə casusluq etməkdə ittiham edib. Lakin müşahidələr göstərir ki, bunların hamısı qorxunun təsirləridir. Çünki həbs olunanların hamısı İran molla rejiminə çağırışlar etdikləri üçün həbs olunublar.

Bundan başqa,  İranın təhlükəsizlik orqanları ölkənin müxtəlif bölgələrində vəziyyətə nəzarət etmək və ictimai etirazların qarşısını almaq qərarına gəliblər. Hər bir vilayətin qubernatorluqlarına və polis komandanlığına şəraitdən asılı olaraq rejimə qarşı etiraz aksiyalarının qarşısını almaq səlahiyyəti verilib.

Müşahidələr göstərir ki, İran-İsrail savaşı fonunda ən çox  narahat olanların başında Ermənistan gəlir.

Erməni siyasi  ekspertləri  Azərbaycanın vəziyyətdən istifadə edərək, Ermənistana hücum edə biləcəyi ilə bağlı nağıllar  uydumağa başlayıblar. Onlar iddia edirlər ki, əgər İranda iğtişaşlar başlasa, Güney Azərbaycan ; beynəlxalq hüquqlar çərçivəsində  müstəqil olan və Birləşmiş Millətlər Təşkilatı ( BMT) tərəfindən tanınan  Azərbaycan Respublikasına birləşməyə çalışacaq. Bu baş verərsə, böyük bir Azərbaycan dövləti yaranmış olacaq. “Böyük Azərbaycanın"  mövcudluğu Ermənistanı ciddi narahat edir. Hazırda İranda vəziyyət gərgin olaraq qalır.

Məlumatlara görə İran İslam Respublikasının dini və əslində isə faktiki olaraq SİYASİ LİDERİ Xameneyi artıq Tehrandan çox uzaqlarda gizlənib.

Bundan başqa, İrandan  Türkiyəyə kütləvi köç başlayıb. Hazırda Tehran İran rəhbərliyi üçün ən təhlükəli şəhərə çevrilib. 

Başsız qalan "SEPAH" əməkdaşları  Türkiyəni ABŞ-a, Azərbaycanı isə İsrailə "dəstək verdiyinə" görə təhdid edir. İsrail aviasiyası İran səmasında uçuşlar həyata keçirir, İran İslam Respublikasının  hərbi infrastrukturu, generaliteti  və neft bazaları İsrailin atəşi altındadır.

İran-Fars rejimi təmsilçiləri  Xəzər dənizi  üzərində uçan və Bəndər Abbas limanına zərbə endirən İsrail  PUA-larının Azərbaycan ərazisindən buraxılmasını iddia edir.

Əslində isə  "ETTELAT" öz diqqətini  İran  ərazisindəki, Rey şəhərində fəaliyyət göstərən "PUA" istehsal edən zavod kimi obyektlərin və ya güc strukturlarında İsrailə xidmət edən çoxsaylı casusların aşkarlanmasına yönəltməlidir. 

Azərbaycan öz ərazisindən kiməsə qarşı istifadəyə yol vermir. 

Yolunu azanların dərsini Azərbaycan özü verir.

Qəvami SADIQBƏYLİ

16 İyun 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
hurriyyet.az

2Источники