RU

İsrail Knesseti fövqəladə vəziyyət rejiminin iyunun sonuna qədər uzadılmasını təsdiqləyib

Bakı. Trend:

İsrail Knesseti (parlamenti) ölkədə fövqəladə vəziyyət rejimininiyunun sonuna qədər uzadılması barədə hökumət təklifinitəsdiqləyib.

Trend xəbər verirki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Məlumata görə, İranla müharibə vəziyyəti ilə bağlı keçirilənqapalı brifinqdən sonra Knessetin Xarici Əlaqələr və MüdafiəKomitəsinin üzvləri İsrailin müdafiə naziri İsrael Katz tərəfindəntəqdim olunan və iyunun 15-də Nazirlər Kabineti tərəfindəntəsdiqlənən fövqəladə vəziyyət rejiminin uzadılmasına yekdillikləsəs veriblər.

Bildirilir ki, iyunun 17-də komitənin İsrailin xarici işlərnaziri Gideon Saarın iştirakı ilə daha bir qapalı iclasıkeçiriləcək.

Избранный
14
az.trend.az

1Источники