RU

Tramp G7-nin bəyanat layihəsini imzalamaqdan imtina edib

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp G7 ölkələrinin hazırladığı birgə bəyanat layihəsini imzalamayıb.

Bu barədə TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir.

G7 ölkələrinin İran və İsrail arasında artan gərginlik fonunda hazırladığı bəyanat layihəsində tərəflərə qarşıdurmanı artırmamaq çağırışı yer alıb. Sənəddə bölgədə sabitliyin qorunmasının vacibliyi vurğulanıb və İsrailin özünü müdafiə etmək hüququ tanınıb.

Bəyanatda həmçinin vurğulanıb ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz.

Buna baxmayaraq, Tramp sənədi imzalamaqdan imtina edib.

Избранный
52
50
turkic.world

10Источники