RU

İsrailin İrana hücumları zamanı ən çox ziyan bu əraziyə dəyib – YENİLƏNİB

  İsrailin İrandakı nüvə obyektlərinə endirdiyi hücumlar nəticəsində ən böyük zərər Natanzdakı uran zənginləşdirmə obyektinə dəyib.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi “BBC” telekanalına müsahibəsində bildirib.

“Fikrimcə, ən böyük dağıntı Natanzdakı obyektə dəyib. Burada yerüstü uran zənginləşdirmə qurğusu tamamilə dağıdılıb, elektrik sistemi, paylayıcı cihazlar və enerji bağlantıları isə demək olar ki, tam zədələnib. Xarici enerji təchizatının qəfil itirilməsi səbəbilə sentrifuqaların ciddi şəkildə zədələndiyini və ya tamamilə məhv olduğunu ehtimal edirik. Buna görə də obyektin daxildən zərər görmədiyini demək düzgün olmaz. Düşünürəm ki, daxili sistemlərə də zərər dəyib, hərçənd içəridə birbaşa kinetik dağıntı qeydə alınmayıb”, – deyə Qrossi bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəsizlik səbəbilə bu obyektlərdə heç bir yoxlama həyata keçirilmir.

“Heç vaxt inspektorlarımı belə təhlükəyə ata bilmərəm. Bu səbəbdən həmin obyektlər bağlanıb və adi fəaliyyətlər üçün əlçatan deyil. Biz İranın tənzimləyici qurumu ilə daim əlaqədəyik”, – deyə Qrossi vurğulayıb./Globalinfo.az   

Избранный
44
1
referans.az

2Источники