RU

Stressə dözümsüz 5 BÜRC — Onlar tez ruhdan düşürlər

Bəzi bürclər var ki, emosiyaları çox tez dəyişir, stresə və mənfi hallara daha həssas reaksiya verirlər. Onlar üçün kiçik bir fikir ayrılığı və ya tənqid belə ruh düşkünlüyünə səbəb ola bilər.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, ulduzlara görə psixologiyası tez pozulan və duyğusal tarazlığı asanlıqla itirən bürclər bunlardır:

Xərçəng 

Bu bürcün nümayəndələri son dərəcə həssasdırlar. Kiçik bir söz belə onların qəlbini qıra bilər. Emosional dünyaları çox zəngindir və bu səbəbdən psixoloji tarazlıqlarını qorumaq çətin ola bilər. Gözləmədikləri münasibət və ya tənqid onları dərindən sarsıda bilər. 

Balıqlar 

Balıqlar tez təsirlənən və tez ruhdan düşən bürclərdəndir. Onlar hər şeyə dərin mənalar yükləyir və insanların davranışlarını çox tez özlərinə götürürlər. Tək qalmaq və ya anlaşılmamaq hissi onları asanlıqla psixoloji gərginliyə salır.

Əkizlər

Əkizlər zəkalı və sosial olsalar da, emosional tərəfdən tez dəyişə bilirlər. Hissləri tez-tez dalğalanır, bir anda sevinən Əkizlər, növbəti anda tamamilə ruh düşkünlüyünə qapıla bilərlər. Gərginlik və qarışıqlıq onları emosional cəhətdən çökdürə bilər.

Tərəzi

Tərəzilər harmoniya və sevgi axtarışındadırlar. Ətraflarında konflikt və ya narazılıq varsa, dərhal təsirlənirlər. Başqalarının haqqındakı fikirləri və tənqidlər Tərəzilərin psixoloji durumunu tez poza bilər.

Qız

Избранный
6
6
demokrat.az

7Источники