RU

Ukraynaya həlak olmuş daha 1245 hərbçinin meyiti qaytarılıb

Yazını böyüt
Yazını kiçilt

Ukraynaya həlak olmuş daha 1245 hərbçinin meyiti qaytarılıb, bununla da Rusiya Federasiyası ilə İstanbul razılaşmasının repatriasiya hissəsi tamamlanıb. Belə ki, yuxarıda qeyd olunan razılaşma çərçivəsində Ukrayna tərəfi 6057 cəsəd qəbul edib.

Hafta.az bu barədə Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının “Telegram” kanalına istinadən bildirir.

Ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün ekspertizalar Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanları və ekspertiza müəssisələri tərəfindən aparılacaq.

Repatriasiya Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahı, SBU, Ukrayna Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin aparatı, Xüsusi Vəziyyətlərdə İtkin Düşmüş Şəxslərin İşləri üzrə müvəkkilin katibliyi, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin və digər strukturların əməkdaşlığı sayəsində həyata keçirilib.

Koordinasiya Qərargahı, həmçinin göstərilən köməyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığını bildirib.

Избранный
19
2
hafta.az

6Источники