RU

İsrailli nazirdən qalmaqallı paylaşım

İsrailin İnnovasiya, Elm və Texnologiya naziri Gila Gamliel, ölkəsinin İranla artan gərginliyi fonunda qalmaqallı açıqlama ilə gündəmə gəlib. Nazir sosial media hesabında “Gələn il azad Tehranda” ifadəsinin yer aldığı bir videonu paylaşaraq, İranda rejim dəyişikliyinə mesajı verib.

News24.az xəbər verir ki, Gamliel paylaşımında, İran İslam İnqilabından əvvəl istifadə olunan bayraqla bəzədilmiş kürsüdə etdiyi çıxışdan görüntülərə də yer verib. Paylaşımda bu ifadənin bir neçə dəfə vurğulanması diqqət çəkib.

Xatırladaq ki, nazir Gila Gamliel ötən il İran şahı Rza Pəhləvinin sürgündəki oğlu Prens Rza Pəhləvi ilə də görüşmüşdü.

İsrailin Baş naziri Benyamin Netanyahu da son açıqlamalarında İranın zəiflədiyini bildirib və rejim dəyişikliyinin artıq mümkün olduğunu iddia edib.

Bu açıqlamalar İran-İsrail gərginliyinin yeni və təhlükəli bir mərhələyə qədəm qoyduğunu göstərir.

Səma Orucova


Избранный
19
news24.az

1Источники