Rusiya vətəndaşlarının bir hissəsi Azərbaycan ərazisindən keçməklə İran ərazisindən təxliyə edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazisindən keçməklə təxliyə Rusiya vətəndaşlarının təhlükəsiz yerlərə çatmasına imkan verib.