Bu gün KDÇ-2025-də növbəti 3 görüş keçiriləcək.
Publika.az xəbər verir ki, ilk öncə meydana İngiltərə nəhəngi "Çelsi" çıxacaq. D qrupunda yer alan London klubunun rəqibi təşkilatçı ölkə ABŞ-nin təmsilçisi "Los-Anceles" olacaq.
Digər iki qarşılaşma gecə yarısından sonra keçiriləcək. C qrupunun iştirakçıları "Boxa Xuniors" (Argentina) və "Benfika" (Portuqaliya) saat 02:00-da üz-üzə gələcək. D qrupunun digər sakinləri olan Braziliyanın "Flamenqo" və Tunisin "Esperans" klubları isə 05:00-də qarşılaşacaqlar.
KDÇ-2025
16-17 iyun
C qrupu
23:00 Çelsi - Los-Anceles
05:00 Flamenqo - Esperans