RU

ABŞ-nin Təl-Əvivdəki səfirlik bölməsi raket zərbələrindən zərər gördü

BAKI, 16 iyun. TELEQRAF

ABŞ-nin Təl-Əvivdə yerləşən səfirlik bölməsi yaxınlığında baş verən raket zərbələri nəticəsində zərər görüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi məlumat verib.

Onun sözlərinə görə, hücum səfirlik kompleksinin yaxınlığında baş verib, lakin səfirlik əməkdaşları arasında xəsarət alan olmayıb.

Hadisə nəticəsində binada müəyyən dərəcədə ziyan yaranıb, lakin səfirliyin fəaliyyəti davam etdirilir.

ABŞ tərəfi vəziyyəti izlədiyini və əməkdaşlarının təhlükəsizliyini təmin etdiyini bildirib.

Избранный
24
teleqraf.com

1Источники