RU

Tramp İran-İsrail gərginliyinə münasibət bildirib

BAKI, TurkicWorld

Düşünürəm ki, razılaşmanın vaxtı çatıb.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında artan gərginliklə bağlı verdiyi açıqlamada tərəfləri razılaşmaya çağırıb.

“Düşünürəm ki, razılaşmanın vaxtı çatıb və nə baş verəcəyini görəcəyik. Amma bəzən onlar öz aralarında məsələni həll etməli olurlar”, – deyə bildirib.

G7 sammiti üçün Kanadaya yola düşən Tramp Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandırıb. ABŞ lideri İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə toxunaraq, “Biz çox yaxşı anlaşırıq və qarşılıqlı hörmətimiz var”, – deyə bildirib.

Tramp həmçinin əlavə edib ki, lazım gəldiyi halda ABŞ İsrailin müdafiəsi üçün bütün zəruri addımları atacaq.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın bir neçə şəhərində yerləşən nüvə obyektlərinə və hərbi komandanlıq strukturlarına irimiqyaslı hücumlar həyata keçirib. Hücum nəticəsində İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, 9 nüvə alimi və onlarla hərbçi həlak olub. Ümumilikdə 224 mülki şəxsin də həyatını itirdiyi açıqlanıb.

İran isə cavab olaraq İsrail ərazilərinə ballistik raketlər atıb. Bu hücumlarda 14 nəfər ölüb, 400-dən çox insan isə yaralanıb. Hadisələrlə bağlı başda Türkiyə olmaqla, bir çox ölkə İsraili sərt şəkildə tənqid edib.

Избранный
74
50
turkic.world

10Источники