AZ

Əraqçi: “Netanyahu kimi bir adamı susdurmaq üçün Vaşinqtondan bir telefon zəngi yetərlidir” – İran diplomatiyaya qayıtmağa çağırır

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a birbaşa müraciət edərək, döyüşlərin gərginləşdiyi bir məqamda “Netanyahu kimi bir adamı susdurmaq üçün Vaşinqtondan bir telefon zəngi yetərlidir” deyə bildirib .

Əraqçinin diplomatik çağırışı belədir:

“İsrail təcavüzə davam etsə, bizim cavabımız da davam edəcək. Əgər Tramp diplomatiyaya sadiqdirsə və savaşın dayandırılmasını istəyirsə, bu, bütün fərqi yarada bilər. Yeganə şərt – İsrailin hücumlarına dərhal son qoyulmasıdır.” 

Musavat.com xəbər verir ki, İranlı diplomata görə bu addım, İrana qarşı diplomatik qapıları açmaq imkanı daşıyır:

“Bu telefon zəngi diplomatiyaya qayıdış üçün yol aça bilər və sülhə gedən ən qısa yoldur.”

Nazir Əraqçı həmçinin çarəsiz sərtliklə bəyan edib:

“Ölkəmizi, xalqımızı və namusumuzu müdafiə etmək üçün son nəfəsimizə və son damla qanımıza qədər ədalətli mübarizə aparacağıq”.


Musavat.com

Seçilən
40
11
musavat.com

10Mənbələr