RU

Tramp İran və israilə "Hesab edirəm, razılaşmanın vaxtı çatıb" mesajı verdi - Tehrandan müsbət cavab gəldi, Tel-Əviv isə XİN binasını vurmaqla "yox" dedi

"Çox güman ki, İsrail və İran müharibənin dayandırılması barədə tezliklə razılaşacaqlar".

Mia.az ABŞ mediasına istinadla xəbər verir ki, bu sözləri Prezident Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O, anlaşamanın vaxtının çatdığını deyib: "Hesab edirəm, razılaşmanın vaxtı çatıb. Düzdür, bəzən problemin yolunu güclə - hərblə həll etmək gərəkir. İndisə anlaşma üçün şans yaranıb".

Tramp bütün hallarda həmişə olduğu kimi, İsraili sonsuzadək dəstəkləyəcəklərini, lazım olarsa, ABŞ-ın da müharibəyə qoşulacağını istisna etməyib: "Lakin mən buna hələlik ehtiyac görmürəm"

Xatırladaq ki, dünən İran XİN başçısı da anlaşmaya hazır olduqlarının mesajnı verib. Lakin naziri deyib ki, onlar dinc məqsədli nüvə araşdrması planlarını davam etdirəcəklər: "Nüvə silahı ilə bağlı isə istənilən təminatı verməyə və bununla bağlı sazişi imzalamağa hazırıq".

Nazir müharibəni dayandırmağa da müsbət yanaşıb: "İsrail dayandığı halda, biz də dayanacağıq".

Lamiyə Əhmədli

MİA.AZ

Избранный
21
1
mia.az

2Источники