RU

Gəncədə yük avtomobili ilə mikroavtobusla toqquşdu - Yaralılar var

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına  görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində baş verib. Hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Qəza zamanı 1996-cı il təvəllüdlü K.Əliyev, 1990- cı il təvəllüdlü E. Abdullayev və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
18
36
unikal.az

10Источники