“Barselona”da gələn mövsüm oynamayacaq futbolçuların adları müəyyənləşib.
“Sport” qəzetinin yaydığı məlumata görə, İspaniya klubunun rəhbərliyi qapıçı İnyaki Penya, yarımmüdafiəçi Pablo Torre, həmçinin hücumçular Pau Viktor və Ansu Fati ilə yolları ayırmaq qərarına gəlib. Klub artıq həmin oyunçuları qərarı barədə məlumatlandırıb.
Bəzi mənbələrə görə, Penya karyerasını İspaniyada davam etdirmək istəyir. Fati isə “Monako”ya keçməyə yaxındı. Torrenin gələcəyi hələlik müəyyənləşməyib, lakin “Barselona” futbolçunu gerialma hüququ ilə satmağı planlaşdırır. Viktorla isə daha əvvəl çıxış etdiyi “Jirona” maraqlanır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта