AZ

"Barselona" 4 futbolçusu ilə yollarını ayırır

"Barselona"nın gələn mövsüm üçün planlarına daxil olmayan futbolçuların adları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb.

Kataloniya klubu qapıçı İnyaki Penya, yarımmüdafiəçi Pablo Torre, həmçinin hücumçular Pau Viktor və Ansu Fati ilə yollarını ayırmaq fikrindədir. Klub artıq həmin oyunçuları qərarı barədə
məlumatlandırıb.

Qeyd olunur ki, Penya karyerasını İspaniyada davam etdirmək istəyir. Ansu Fati isə "Monako"ya keçməyə yaxındır. Pablo Torrenin gələcəyi hələlik müəyyənləşməyib, lakin "Barselona" futbolçunu gerialma hüququ ilə satmağı planlaşdırır. Pau Viktorla isə daha əvvəl çıxış etdiyi "Jirona" maraqlanır.

Bizim.Media

Seçilən
21
2
bizim.media

3Mənbələr