RU

İranın bu şəhərində İsrailin dron sexi AŞKARLANDI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Rey şəhərində evlərin birində dron sexi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Hüseyn Mafi hadisə yerindən IRINN-in canlı yayımında bildirib.

“İnsanlardan bir evdə şübhəli şəxslərin hərəkət etdiyinə dair məlumat aldıq. Dərhal kəşfiyyat və hüquq-mühafizə qüvvələri evə daxil olaraq çoxlu sayda dron, kamikadze pilotsuz uçan aparat və evdə hazırlanmış bomba aşkar edərək müsadirə etdilər”, – polis rəisi açıqlayıb.

Onun sözlərinə görə, aşkar edilmiş partlayıcı maddələrin çəkisi 200 kq-dən çox olub. O həmçinin 30-a yaxın pər, 33 buraxılış qurğusu və bir çox kamikadze dron avadanlığının aşkarlandığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
8
redaktor.az

9Источники