AZ

İranın bu şəhərində İsrailin dron sexi AŞKARLANDI

İranın Rey şəhərində evlərin birində dron sexi aşkarlanıb.

Viral.az xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Hüseyn Mafi hadisə yerindən IRINN-in canlı yayımında bildirib.

“İnsanlardan bir evdə şübhəli şəxslərin hərəkət etdiyinə dair məlumat aldıq. Dərhal kəşfiyyat və hüquq-mühafizə qüvvələri evə daxil olaraq çoxlu sayda dron, kamikadze pilotsuz uçan aparat və evdə hazırlanmış bomba aşkar edərək müsadirə etdilər”, – polis rəisi açıqlayıb.

Son Yazılar:

Onun sözlərinə görə, aşkar edilmiş partlayıcı maddələrin çəkisi 200 kq-dən çox olub. O həmçinin 30-a yaxın pər, 33 buraxılış qurğusu və bir çox kamikadze dron avadanlığının aşkarlandığını vurğulayıb.

Seçilən
13
8
viral.az

9Mənbələr