RU

Mingəçevirdə ağır yol qəzası oldu - Ölən və yaralananlar var


Mingəçevirdə ağır yol qəzası olub.

"Unikal"ın məlumatına görə hadisə, Heydər Əliyev prospektində, Yüksək Texnologiyalar Parkı yaxınlığında baş verib. Minik avtomobilinin betonqarışdıran yük maşınına çırpılması nəticəsində ilkin məlumata görə, bir kişi ölüb, iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Избранный
53
1
news24.az

10Источники