RU

Uşağın baxçada şiddətə məruz qalıb-qalmadığını necə anlamaq olar?

Son illərdə uşaq bağçalarında baş verən şiddət halları valideynlərin narahatlığını artırıb.

Far.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, valideynlər bəzi davranış dəyişikliklərinə diqqət edərək uşağın baxçada zorakılığa məruz qalıb-qalmadığını anlaya bilərlər.

Əgər uşaq qəfil susqunlaşır, aqressivləşir, yuxu və iştah pozuntuları yaşayırsa, bu, psixoloji və ya fiziki təzyiqin göstəricisi ola bilər. Uşaq baxçaya getməkdən imtina edir və ya səbəbsiz qorxu hissi yaşayırsa, bu da bir siqnaldır.

Psixoloqlar tövsiyə edirlər ki, valideynlər övladları ilə daim açıq ünsiyyət qursun, gündəlik nələr yaşadığını sakit şəkildə soruşsunlar. Eyni zamanda, uşağın bədənində iz, göyərmə və ya qeyri-adi davranış müşahidə olunarsa, dərhal müvafiq qurumlara müraciət etmək vacibdir.

Uşaqların təhlükəsizliyi üçün bağçalarda nəzarətin gücləndirilməsi və kamera sistemlərinin tətbiqi də önəmli amillərdən biri sayılır.

Избранный
14
1
far.az

2Источники