RU

Bu türk ölkəsinin İrandakı diplomatları Azərbaycana gəldi

ain.az, News24 portalına istinadən məlumat yayır.

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi çərçivəsində dövlət sərhədinin Astara sərhəd-keçid məntəqəsindən keçid prosesi davam edir.

News24.az xəbər verir ki, Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxsləri Azərbaycan tərəfinin rəsmi nümayəndələri ilə yanaşı, Qırğızıstanın Bakıdakı səfirliyinin əməkdaşları da qarşılayıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
9
news24.az

10Источники