AZ

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi çərçivəsində dövlət sərhədinin Astara sərhəd-keçid məntəqəsindən keçid prosesi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxsləri Azərbaycan tərəfinin rəsmi nümayəndələri ilə yanaşı, Qırğızıstanın Bakıdakı səfirliyinin əməkdaşları da qarşılayıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
9
xalqqazeti.az

10Mənbələr