BAKI, 15 iyun. TELEQRAF
Türkiyə Milli Müdafiə Nazirliyi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Teleqraf xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.
"Bir dəfə yüksələn bayraq bir daha enməz! Tarixi, dili və millət olma şüuru ilə birləşən böyük Türk dünyasının iki sarsılmaz dövləti – Türkiyə və Azərbaycan!
“Bir millət, iki dövlət” anlayışı ilə hər zaman çiyin-çiyinə dayandığımız qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir, şanlı Türk millətinin ayrılmaz parçası olan Azərbaycan xalqını sevgi və qürurla salamlayırıq" - paylaşımda qeyd olunub.
“Bir kere yükselen bayrak, bir daha inmez!” Mehmed Emin Resulzade
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 15, 2025
Tarihin, dilin ve millet olmanın şuuruyla kenetlenen büyük Türk dünyasının iki sarsılmaz devleti: Türkiye ve Azerbaycan!
“Tek Millet, İki Devlet” anlayışıyla her daim omuz omuza olduğumuz kardeş Azerbaycan’ın… pic.twitter.com/Xpr2FD2LV9