Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, “X” sosial şəbəkə hesabında paylaşdığı təbrikdə qeyd edib: “Sevimli Azərbaycanımızın Milli Qurtuluş Günü və Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində Qardaş Azərbaycanla birlikdə həqiqətləri dünyaya eşitdirmək üçün gələcəyə əzmlə birlikdə addımlayacağımıza ürəkdən inanırıq.
Bu xoş gün münasibətilə azərbaycanlı qardaşlarıma ən səmimi hörmətimi, salamlarımı və sevgimi çatdırıram”.
Can Azerbaycan'ın Millî Kurtuluş Günü'nü ve Türkiye-Azerbaycan ilişkilerini müttefiklik düzeyine çıkartan Şuşa Beyannamesi'nin imzalanmasının dördüncü yıl dönümünü en kalbi duygularımla tebrik ediyorum.
— Fahrettin Altun (@fahrettinaltun) June 15, 2025
Türkiye-Azerbaycan Medya Platformu çerçevesinde Kardeş Azerbaycan ile…
Məhərrəm Ağalaroğlu, “İki sahil”