AFFA-nın Yarışların təşkili departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.
"Football-plus.az" xəbər verir ki, qurumun inzibati binasında baş tutan görüşdə liqalarda başa çatmaqda olan mövsüm və 2025/26 mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.
Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта