ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp sosial şəbəkədə paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, o, platforma “X”də İsrailin baş naziri Benyamin Netanyahunun fotosunu paylaşaraq yazıb:
“Düşünürəm ki, bütün Qərb dünyası bu adama təşəkkür etməlidir".
İvanka bununla kifayətlənməyib, izləyicilərinə müraciət edərək bu fikirlə razı olub-olmadıqlarını da soruşub.
Sosial şəbəkələrdə onun bu paylaşımı geniş rezonans doğurub – bəziləri bu fikri dəstəkləyib, bəziləri isə tənqid edib.
Analitiklər isə bu açıqlamanı Tramp ailəsinin İsrailə açıq və dəyişməz dəstəyinin daha bir nümunəsi kimi dəyərləndirirlər.
Musavat.com