RU

İranın son hücumu nəticəsində İsraildə ölənlərin sayı 8-ə çatıb, 200 nəfər yaralanıb

İranın İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,  bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də azı 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər.

The Times of Israelin məlumatına görə, Təl-Əvivin ətrafındakı Bat-Yam şəhərində raket çoxmərtəbəli yaşayış binasına düşüb. Nəticədə dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Dağıntılar altında təxminən 35 nəfərin qaldığı ehtimal olunur.

Temre şəhərinə endirilən zərbə nəticəsində daha dörd nəfər həyatını itirib. Ən azı 14 nəfər yaralanıb. Rəxovot şəhərində də xilasedicilər dağıntılar altında zərərçəkənləri axtarırlar.

08:12

İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,  bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa tələsir.

06:11

İranın İsrailə son hücumu nəticəsində 3 nəfər ölüb, 125 insan yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı milli təcili yardım xidmətinə “Maqen David Adom” (Davidin qırmızı qalxanı) istinadən məlumat verib.

Məlumata görə, İranın endirdiyi zərbələr nəticəsində 5 nəfər ağır, 20-yə yaxın adam orta dərəcəli, qalanları isə yüngül xəsarət alıb.

05:31

İranın İsrailə son hücumu nəticəsində 1 nəfər ölüb, 93 insan yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin milli təcili yardım xidməti “Maqen David Adom” (“Davidin Qırmızı Qalxanı”) məlumat yayıb.

Təl-Əviv və ətrafını əhatə edən Quş Danda həkimlər vəziyyəti ağır olan 3 nəfərə, vəziyyəti orta-ağır olan 5 insana tibbi yardım göstəriblər, 57 nəfər isə yüngül xəsarət alıb. Şfela vadisində 28 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır, yeddisinin vəziyyəti orta ağırdır.

05:24

Bazar günü səhər İranın İsrailə endirdiyi raket zərbəsi nəticəsində bir nəfər ölüb, 40-dan çox insan yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” İsrail mətbuatına istinadən məlumat yayıb.

İsrailin “Maqen David Adom” təcili yardım xidmətinin məlumatına görə, raket hücumu nəticəsində 1 qadın həlak olub, 44 nəfər yaralanıb.

İsrailin Yanğınsöndürmə və Xilasetmə İdarəsi Dan, Mərkəzi rayon və Qüdsdə qəlpələrin düşməsi xəbərini təsdiqləyib. Yaşayış binalarına ziyan dəyməsi, açıq ərazilərdə yanğınlar qeydə alınıb.

İsrailin Müdafiə Ordusu İranın bir sıra raket zərbələri endirdiyini təsdiqləyib.

“Bir müddət əvvəl İrandan İsrail dövlətinə doğru atılan raketlərin aşkarlanması ilə əlaqədar İsrailin bir neçə bölgəsində sirenlər səslənib. İsrailin Hərbi Hava Qüvvələri hazırda təhlükəni aradan qaldırmaq üçün lazım olan yerə müdaxilə edir və zərbələr endirir”, – İsrail hərbçiləri bildirib.

05:02

İranın İsrailə son hücumu zamanı 12 nəfər yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti “Maqen David adom” (Davidin qırmızı Qalxanı) milli təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, İranın raket zərbələri zamanı bütün İsrailin mərkəzində güclü partlayış səsləri eşidilib. İsrailin Yanğınsöndürmə və Xilasetmə Departamenti ölkənin mərkəzində və Qüdsdə çoxsaylı raketlərin düşməsi, yaşayış binalarına ziyan vurması, açıq ərazilərdə bir sıra yanğınlara səbəb olması barədə xəbərləri təsdiqləyib.

Избранный
58
50
nocomment.az

10Источники