RU

AEBA İsfahan nüvə sahəsində dörd əsas binanın zədələndiyini bildirib

İyunun 13-də İsrailin hücumları nəticəsində İranın İsfahan şəhərindəki nüvə obyektində dörd vacib bina zədələnib.

“Report” xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, zədələnmiş strukturlar arasında uranın həll edilməsi və konversiyası zavodu da var. “Natanzda olduğu kimi, obyektdən kənarda da radiasiya səviyyəsinin artması gözlənilmir”, - nəşr yazıb.

"Cebheinfo.az"

Избранный
15
6
cebheinfo.az

10Источники