Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İsrailin İranın İsfahan şəhərində yerləşən nüvə obyektinə endirdiyi hava zərbələri nəticəsində dörd kritik binanın zədələndiyini açıqlayıb.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Natanzda olduğu kimi, obyektin hüdudlarından kənarda radiasiya səviyyəsinin artması gözlənilmir”, – deyə AEBA-nın “X” hesabında yaydığı açıqlamada bildirilib.
Qeyd edək ki, daha əvvəl də İsfahandakı nüvə obyektləri bir neçə dəfə hücumlara məruz qalmışdı. 13 iyunda İsrail Müdafiə Ordusu bu obyektlərə hava hücumu təşkil etdiyini açıqlamışdı. Hücum zamanı uran istehsalı və zənginləşdirilməsi zavodları, laboratoriyalar və digər infrastruktur obyektləri məhv edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta