RU

Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalında

BAKI, 14 iyun. TELEQRAF

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U17 Avropa çempionatı davam edir.

Teleqraf xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da mübarizəyə start verilib.

Yarışa 1/4 finaldan qoşulan Ömər Usubov (45 kq) ukraynalı Daniil Lutsikə 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, finalın bir addımlığında rusiyalı Umar Rabadanova 5:12 hesabıyla məğlub olub. Usubov sabah bürünc medal uğrunda ermənistanlı Aren Piruzyanla güləşəcək.

Ramal Mirhüseynov (51 kq) yunanıstanlı Mixail Kokologiannisə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Axmed Naibarova 3:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ramal sabah təsəlliverici görüşdə türkiyəli Buğra Kavakla qarşılaşacaq.

Həsən Həsənov (60 kq) makedoniyalı Mariyo Ananiyevə tam üstünlüklə (11:0), ermənistanlı Razmik Voskanyana isə 3:1 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Həsən yarımfinalda rusiyalı Abdulla Delekovdan güclü olub – 4:0. Həsənov sabah finalda ukraynalı Zorab Aloyevlə güləşəcək.

İsa Yusibov (71 kq) belaruslu Artyom Bolsuna “tuş”la qalib gəlsə də, 1/4 finalda türkiyəli Ömər Gülə uduzub – 4:9.

Səid Paşayev (92 kq) slovakiyalı Patrik Urbanekə tam üstünlüklə (10:0), rumıniyalı Maqor Lorinçə isə 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Səid yarımfinalda ukraynalı David Lutskova heç bir şans tanımayıb – 10:0. Paşayev həlledici görüşdə rusiyalı Abdurazak Şabanovla üz-üzə gələcək.

Избранный
8
17
teleqraf.com

10Источники