RU

İrandan Azərbaycana təxliyə edilən rusiyalılar arasında aktyor Koloqrivıy da var

İrandan Azərbaycana təxliyə edilən 90 rusiyalı arasında aktyor Nikita Koloqrivıyın da adı var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fyodor Bondarçukun çəkiliş qrupunun icraçı prodüseri Alya Somkina bildirib.

"Bizim müxtəlif şəhərlərdən bir qrupumuz var", - o deyib. Onun tərkibinə aktyorlar Nikita Koloqrivıy, Nikolay Kozak, İrina Pautova və “Allah olmaq çətindir” serialında baş rolu ifa edən Aleksandr Radoiçiç daxildir.

Daha əvvəl Somkina qeyd edib ki, çəkiliş qrupunun üzvlərinin mümkün qədər tez evə göndərilməsi planlaşdırılır.

Избранный
43
3
report.az

8Источники