İrandan Azərbaycana təxliyə edilən 90 rusiyalı arasında rusiyalı məşhur aktyor Nikita Koloqrivinin də adı var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a prodüser Alya Somkina məlumat verib.
Bildirilib ki, aktyorlar Nikita Koloqrivini, Nikolay Kozak, İrina Pautova və “Allah olmaq çətindir” serialında baş rolu ifa edən Aleksandr Radoiçiç də təxliyə edilənlər arasındadır./Kult.az