İsrail Müdafiə Qüvvələrinin İrana qarşı əməliyyat zamanı bu ölkənin 20 komandanı öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə İDF-yə məxsus "Telegram" kanalında məlumat yayılıb.
Məhv edilən hədəflər arasında İran Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin rəisi Qulam-Rza Mərhəbi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yer-yer raket kompleksinin komandiri Məhəmməd Baqiri də var.
IDF-nin məlumatına görə, birincisi vəziyyətin kəşfiyyat qiymətləndirmələrinə cavabdeh olub və 2024-cü ildə İsrailə zərbənin hazırlanmasında əsas rol oynayıb. Baqeri İranın raket qüvvələrinin əksəriyyətinə, o cümlədən İsrail üçün ən böyük təhlükə olan uzaq mənzilli raketlər və qanadlı raketlərlə bağlı proqramlara nəzarət edib.