RU

İran daha bir İsrail əsgərini ƏSİR GÖTÜRDÜ

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, İran Silahlı Qüvvələri vurulmuş F-35- dən atılan İsrail pilotunu ələ keçirib. Sözügedən pilot İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha əvvəl vurulmuş döyüş təyyarəsinin pilotudur. Onun quru qoşunlarının yerində olduğu qeyd edilir. İsrail ordusu hələlik məlumatı şərh etməyib. İranın dövlət televiziyası daha əvvəl ölkənin hava hücumundan müdafiə sistemlərinin İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha bir F-35 qırıcısını vurduğunu bildirib.

Bundan əvvəl İranın hava hücumundan müdafiə qüvvələrinin iki İsrail hərbi təyyarəsini vura bildiyi məlum olub . Onlardan birinin pilotunun qadın olduğu üzə çıxıb, o, əsir götürülüb.

Избранный
7
1
Ajans.az

2Источники