AZ

İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib

İran Silahlı Qüvvələri vurulmuş F-35-dən atılan İsrail pilotunu ələ keçirib.

XəzərNews.az xəbər verir ki, bu barədə yerli NourNews agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, sözügedən pilot İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha əvvəl vurulmuş döyüş təyyarəsinin pilotudur.

İsrail ordusu hələlik məlumatı şərh etməyib.

İranın dövlət televiziyası daha əvvəl ölkənin hava hücumundan müdafiə sistemlərinin İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha bir F-35 qırıcısını vurduğunu bildirib.

Bundan əvvəl İranın hava hücumundan müdafiə qüvvələrinin iki İsrail hərbi təyyarəsini vura bildiyi məlum olub. Onlardan birinin pilotunun qadın olduğu üzə çıxıb, o, əsir götürülüb.

Xəbər 3 dəfə oxunub.
Seçilən
0
1
xezernews.az

2Mənbələr